Putin: “Biz bilməliyik ki, qatili ora kim göndərib” - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Putin: “Biz bilməliyik ki, qatili ora kim göndərib” - VİDEO

00:22 - 20 / 12 / 2016
Putin: “Biz bilməliyik ki, qatili ora kim göndərib” - VİDEO

“Ankaradakı səfirimiz Andrey Karlov alçaqcasına qətlə yetirilib”.

1news.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

O deyib ki, bu hadisə iki ölkə arasındakı münasibətlərin normallaşmasının və Suriyadakı sülh prosesinin pozulmasına yönələn təxribatdır:

“Hansı ki, bu prosesi fəal şəkildə Rusiya, Türkiyə və İran həyata keçirir. Bu aksiyaya cavab ancaq bir şey ola bilər -  beynəlxalq terrora qarşı mübarizə səylərinin gücləndirilməsi. Rusiya İstintaq Komitəsində artıq baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb”, - deyə Rusiya prezidenti qeyd edib.

Putin Rusiya İstintaq Komitəsi nümayəndələrinin tez bir zamanda Ankaraya gedəcəklərini və türkiyəli həmkarları ilə birlikdə sui-qəsdin araşdırılmasına birgə iştirak edəcəklərini söyləyib:

“Artıq bu barədə türkiyəli həmkarımla telefon danışığı zamanı razılıq əldə olunub. Biz bilməliyik ki, qatili ora kim göndərib”.

Rusiya prezidenti mərhum səfirin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı göstəriş verib.

Paylaş:
718

Son xəbərlər

Bütün xəbərlər