Xərçəng olan 5 yaşlı uşaq polis oldu – FOTO – VİDEO
Türkiyənin Qaziantep şəhərində yaşayan Ziya Yusif Can Mermer adında 5 yaşlı uşağın arzusu gerçək olub.
1news.az-ın məlumatına görə, buna vəsilə olanlar isə xeyirxah, böyük ürəkli insanlardır.
Qeyd edək ki, Yusif də dünyamıza rəng qatan milyonlarla uşaqdan biridir. Bir gün yüksək hərarəti olan Yusifi valideynləri dərhal xəstəxanaya aparırlar. Həkimlər isə doğum günü olan balacanın qan xərçəngi xəstəliyinə tutulduğunu deyirlər.
“Bira adam, bir ümid, əl ələ” adlı xeyriyyə dərnəyinin üzvləri xəstəxanada olarkın Yusifə də baş çəkirlər və valideynlərindən onun arzusunun polis olmaq olduğunu öyrənirlər.
Adana Polis İdarəsi ilə əlaqə saxlayan dərnək üzvləri balaca Yusifin arzusunun gerçəkləşməsində köməklik istəyirlər və qarşı tərəf də onların bu istəyinə müsbət cavab verir.
Az sonra Yusif üçün xüsusi polis forması hazırlanır və o, polis maşınlarının müşayiəti ilə Adana Polis İdarəsinə gedir. Yuifi öz yerində əyləşdirən idarə rəisi Osman Ak ona polis vəsiqəsini təqdim edir.
Sevincindən danışa bilməyən Yusif isə sefvincini əsgər salamı verməklə bildirir.
Bəli, nə yaxşı ki, xeyirxah insanlar var və onlar var olduqca insanlıq da yaşayacaq.
Biz isə öz növbəmizdə Yusifin tezliklə sağalmasını və ölkəsinə, xalqına layiqli polis olmasını arzu edirik.
1news.az