Sarkisyan İrəvan aeroportunda Ruhanini şəxsən qarşılayıb – FOTO
Dekabrın 21-də Ermənistan prezidenti Serj Sarkisyanın dəvətilə İranın dövlət başçısı Həsən Ruhani İrəvana rəsmi səfər edib.
İrəvanın “Svartnos” aeroportunda Həsən Ruhanini Serj Sarkisyan şəxsən qarşılayıb, bu haqda erməni KİV-i məlumat yayır.
Ermənistan prezidentinin iqamətgahında iki ölkənin dövlət başçılarının iştirakı ilə danışıqlar baş tutacaq. Daha sonra ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı bir sıra sənədlərin imzalanması nəzərdə tutulub.
Sarkisyan və Ruhani KİV nümayəndələri qarşısında byanatla çıxış edəcəklər. Həmçinin prezidentlər Ermənistan-İran biznes-forumunda iştirak edəcəklər.
İran prezidentinin səfəri çərçivəsində Ermənistanın baş naziri ilə də görüş baş tutacaq.
Mövzu ilə əlaqədar oxuyun:
Azərbaycanlı teoloq: İran prezidenti Ermənistana getməklə günah edir
Seyid Camal Əzimbəyli: Ruhaninin Ermənistana səfəri həqarətdir
Fikrət Sadıxov: İranın Azərbaycanı İsraillə əməkdaşlıqda ittiham etməyə mənəvi haqqı yoxdur...
Teoloq Əkrəm Həsənov: İran prezidentinin Ermənistana səfəri qəbuledilməzdir!
1news.az