AİİB TANAP layihəsinə 600 milyon ABŞ dolları kredit ayırıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

AİİB TANAP layihəsinə 600 milyon ABŞ dolları kredit ayırıb

20:37 - 21 / 12 / 2016
AİİB TANAP layihəsinə 600 milyon ABŞ dolları kredit ayırıb

Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 milyon ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib.

Bu barədə bankın Pekindəki baş ofisindən məlumat verilib.

AİİB-in vitse-prezidenti DJ Pandian deyib ki, Asiya ilə Avropa arasında enerji infrasturkturunun yenilənməsinə xidmət edən TANAP layihəsi Azərbaycan iqtisadiyyatını gücləndirməklə yanaşı, Avropanın, o cümlədən Türkiyənin enerji təhlükəsizliyini təmin edəcək.

Qeyd edək ki, kredit Azərbaycan hökumətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə ayrılıb.

Bununla AİİB-in cari ildə ayırdığı kreditin ümumi məbləği 1,73 milyard dollara çatıb.

AZƏRTAC

Paylaş:
638

Son xəbərlər

Bütün xəbərlər