Bakının bir hissəsinin qaz təchizatında məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakının bir hissəsinin qaz təchizatında məhdudiyyətlər olacaq

09:16 - 21 / 12 / 2016
Bakının bir hissəsinin qaz təchizatında məhdudiyyətlər olacaq

Bu gün Bakı şəhəri Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

1news.az-ın “Azəriqaz” İB-yə istinadən verdiyi xəbərə görə, Xətai rayonu ərazisində yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və qaz təchizatı şəbəkəsində aşkar olunmuş sızmaların ləğvi ilə əlaqədar  dekabrın 21-də saat  09:00-dan 18:00-dək Xətai rayonunun Sarayeva, Q.Nəbi, M.Rüstəm, Cavanşir, Sadıqcan, M.Hadi, S.Ə.Şirvani, Mehmandarov, Şıxlınski küçələrində, Gəncə prospekti və Zığ yolu ətrafının bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Xəzər rayonu Binə və Qala qəsəbələrinin bir hissəsinin  qaz təchizatına təsir göstərməsi mümkündür.

1news.az

 

Paylaş:
556

Son xəbərlər

Bütün xəbərlər