Azercell ən yaxşı 3 işəgötürən şirkətdən biridir – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azercell ən yaxşı 3 işəgötürən şirkətdən biridir – FOTO

16:50 - 22 / 12 / 2016
Azercell ən yaxşı 3 işəgötürən şirkətdən biridir – FOTO

Gənclər və peşəkarlar Azercell-də işləməyi daha çox arzulayırlar.

Azərbaycanda ən çox arzulanan iş yerlərinin adı bəlli olub. Ən yaxşı maaş və yüksək iş şəraiti, işçilərlə davranış, əməkdaşların inkişaf perspektivləri və digər meyarlara görə sıralanan şirkətlər arasında ilk üçlükdə Azercell Telekom-un adı yer alıb.

ACT beynəlxalq araşdırma və məsləhətçi şirkətinin bu ilin avqust-sentyabr aylarında MDB ölkələri və Şərqi Avropa ölkələrinin bazarlarını əhatə edən tədqiqat reallaşdırıb. Araşdırmanın nəticələrinə əsasən, Azercell bazarda 3 ən yaxşı işəgötürən şirkətdən biri elan olunub.

Araşdırmanın məqsədi Azercell şirkətinin onun əməkdaşları və digər sahələrin nümayəndələri arasında işəgötürən kimi mövqeyini araşdırmaq, həmçinin Azərbaycanda ən yaxşı işəgötürənləri üzə çıxarmaq və mobil operatorların imicini öyrənməkdən ibarət olub. Tədqiqat zamanı Azercell-in əməkdaşları ilə yanaşı, digər peşəkar mütəxəssislər, tələbələr, yerli və xarici məzunlar, media nümayəndələri ilə üzbəüz müsahibələr aparılıb.

Araşdırmanın nəticələrinə əsasən, Azercell ölkənin bütün sahələrində ən yaxşı 3 işəgötürən şirkətlər sırasındadır. Mobil operatorlar arasında isə Azercell ən yaxşı işəgötürən elan edilib.

Eyni zamanda, “Ernst & Young Azerbaijan” şirkəti də tələbələr və müxtəlif sahələrdə çalışan peşəkar kadrlar arasında “Ən yaxşı işəgötürən 2015” tədqiqatını aparıb. 2016-cı ilin may-iyun aylarında aparılan araşdırmanın əsas məqsədi Azərbaycanın əmək bazarında əsas trendlərin müəyyənləşdirilməsindən ibarət olub. Sorğu iştirakçılarına işlə bağlı seçimlərinə təsir edən amillər, işəgötürən barədə məlumatları əldə etdikləri mənbələr, işə cəlb etmə prosesindəki nöqsanlar və digər məsələlər barədə suallar verilib.

Tələbə və peşəkar heyətin seçiminə əsasən, Azercell ölkədə ən yaxşı 10 işəgötürən şirkətdən biri elan edilib. Bundan əlavə, Azercell  həm də bu siyahıda yer alan yeganə mobil operator olub. 

Bildiyimiz kimi, hər bir işçi üçün təhlükəsiz və sağlam mühit rahat iş yerinin təmin olunması əsas faktorlardandır. Qürurla qeyd etmək olar ki, Azercell artıq Əməyin mühafizəsi və təhlükəsizlik üzrə OHSAS 18001 beynəlxalq standartına və Ətraf Mühitin İdarə olunması Sistemi üzrə ISO 14001 sertifikatına layiq görülüb. Bununla yanaşı, şirkət, həmçinin, yeni Keyfiyyətin İdarə Olunması üzrə ISO 9001:2015 sertifikatını təkrar əldə edib. 

Hazırda Azercell-in bütün iş yerlərini Ətraf mühit və təhlükəsizik, İlkin Tibbi Yardım, yanğından mühafizə təlimləri, həmçinin sağlamlıqla əlaqəli tədbirlər (vaksinasiya, qan testi və s.) əhatə edir. Ümumiyyətlə, Azercell işəgötürən şirkət kimi  hər bir şəxs üçün perspektivli peşəkar inkişaf proqramı, cəlbedici əmək haqqı və sosial paket təqdim edir. Məhz bu səbəblərdən, daim etibarlı korporativ mədəniyyətə malik olan Azercell artıq ölkə ictimaiyyətində işəgötürən kimi öz brendinə dərin inam yarada bilib.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir.

Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim edib.

Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan “Global Wireless Solutions” şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
822

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər