“Qərbi Abşeron” yatağında yeni quyu istismara verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Qərbi Abşeron” yatağında yeni quyu istismara verilib

17:36 - 22 / 12 / 2016
“Qərbi Abşeron” yatağında yeni quyu istismara verilib

Bu günlərdə “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 29 nömrəli quyu qazmadan sonra istismara verilib.

1news.az-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, quyu qirməki lay dəstəsindən elektrikli dalma nasosu üsulu ilə məhsul verib, hazır süzgəclər endirilməklə (769-651 metr intervaldan) sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. 

Qeyd edək ki, quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ tərəfindən həyata keçirilir.

1news.az

Paylaş:
986

Son xəbərlər

Bütün xəbərlər