Bank of Baku-dan Bolkartlılara özəl Yeni il kampaniyaları – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank of Baku-dan Bolkartlılara özəl Yeni il kampaniyaları – FOTO

17:57 - 23 / 12 / 2016
Bank of Baku-dan Bolkartlılara özəl Yeni il kampaniyaları – FOTO

Bank of Baku, yeni il ərəfəsində Bolkartlılara özəl silsilə Yeni il kampaniyalarına start verdi.

Bu kampaniyalar yeni ilin gəlişini xaricdə qarşılayanların, sevdiklərinə bayram hədiyyəsi almaq istəyənlərin və sərfəli şərtlərlə Yeni il süfrəsi üçün bayram bazarlığı etməyə hazırlaşanların tam ürəyincə olacaq.

“Xaricdə gen-bol xərcləyin, 2 ay sonra ödəyin!” şüarı altında keçirilən ilk kampaniya yeni ili xaricdə qeyd edən Bolkartlılar üçün əsl bayram hədiyyəsi olacaq. Belə ki, 23 dekabr 2016 – 5 yanvar 2017-ci il tarixlərini əhatə edən kampaniya çərçivəsində, Bolkartlı dekabr ayında xaricdə etdiyi istənilən alış-verişin xərcini fevralda, yanvar ayında etdiyi alış-verişin xərcini isə martda ödəmək imkanı qazanacaq. Bu kampaniyadan həmçinin, xarici saytlarda onlayn alış-veriş edən Bolkartlılar da faydalana bilər.  

İkinci kampaniya yeni il hədiyyəsi almağa hazırlaşan Bolkartlılar üçün nəzərdə tutulub. Bolkart şəbəkəsinə daxil olan “3, 6, 12 aya ödə” partnyor mağazalarında alınan istənilən malın ödənişinə +1 AY HƏDİYYƏ verilir. Yəni, Bolkartlı etdiyi alış-verişin xərcini opsiyadan asılı olaraq 3 aya deyil 4 aya, 6 aya deyil 7 aya, 12 aya deyil 13 aya ödəyə biləcək. Kampaniya 5 yanvar 2017-ci il tarixinədək keçərlidir.

“Partnyor marketlərdə ürəklə alış-veriş et, 2 ay sonra ödə” şüarı ilə keçirilən üçüncü kampaniya isə bayram alış-verişinə hazırlaşan Bolkartlıların sevincinə səbəb olacaq. Belə ki, Bolkart partnyor şəbəkəsinə daxil olan istənilən marketdə 23-31 dekabr tarixləri arasında edilən alış-verişin xərcini Bolkartlılar yanvarda deyil fevralda, 01-05 yanvar tarixləri arasında etdikləri alış-verişin xərcini isə fevralda deyil martda ödəyəcəklər.

Kampaniyalarda Bolkart kredit kartlarının bütün növləri iştirak edir.

Bolkart şəbəkəsinə daxil olan partnyor mağazalarla bu linkdən tanış ola bilərsiniz.

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bolkart.az  

www.facebook.com/bolkart  

Paylaş:
793

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər