Türkiyə parlamentinin spiker müavini sərbəst buraxılıb – FOTO
Türkiyə Böyük Millət Məclisinin sədr müavini, HDP üzvü Pərvin Buldan sərbəst buraxılıb.
Hürriyet-in verdiyi xəbərə görə, millət vəkili İstanbulun Bakırköy rayon polisində dindirilib. Onun ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Xatırladaq ki, millət vəkili bu gün səhər saxlanılmışdı. Bu barədə Twitter hesabında yazmışdı.
Qeyd edək ki, daha əvvəl TBMM-nin kürd yönümlü 15 deputatı saxlanılmışdı. Bunların arasında Selahettin Demirtaş və Figen Yüksedaq da saxlanılmışdı. Onların PKK ilə əlaqədar olduqları bildirilir.
1news.az
954