Sabah Azərbaycanda qar yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Azərbaycanda qar yağacaq

16:26 - 25 / 12 / 2016
Sabah Azərbaycanda qar yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

1news.az Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata istinadən xəbər verir ki, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-3° isti, gündüz 6-8° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət  gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, dekabrın 26-da hva şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 3-8° şaxta, gündüz  2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

1news.az

Paylaş:
529

Son xəbərlər

Bütün xəbərlər