Almaniyada bomba həyəcanı: 54 min insan təxliyə edilib | 1news.az | Xəbərlər
Dünya

Almaniyada bomba həyəcanı: 54 min insan təxliyə edilib

17:47 - 25 / 12 / 2016
Almaniyada bomba həyəcanı: 54 min insan təxliyə edilib

Bu gün səhər saatlarından etibarən Almaniyanın Bavariya əyalətinin Auqsburq şəhərində təxminən 54 min insanın təxliyəsinə başlanılıb.

1news.az Azərtac-a istinadən xəbər verir ki, buna səbəb şəhərdə 1939-1945-ci illərdə baş vermiş İkinci Dünya müharibəsi zamanı Britaniya ordusuna məxsus bombanın tapılmasıdır.

Təxliyə işlərinə 900-dək polis işçisi cəlb edilib.

Dekabrın 20-də aşkarlanan və 1,8 ton çəkiyə malik bombanın zərərsizləşdirilməsinə bu gün günorta saatlarında başlanılacaq. Hakimiyyət orqanları bombanın tapıldığı ərazidə 1500 diametrlik sahədə mühafizə zonası yaradıblar. Bombanın zərərsizləşdirilməsi prosesi təxminən 5 saata yaxın davam edəcək.

1news.az

Paylaş:
591

Son xəbərlər

Bütün xəbərlər