27 gəmi, 14 helikopter və 3 min hərbçi Qara dənizdə axtarışlar aparır | 1news.az | Xəbərlər
Dünya

27 gəmi, 14 helikopter və 3 min hərbçi Qara dənizdə axtarışlar aparır

20:02 - 25 / 12 / 2016
27 gəmi, 14 helikopter və 3 min hərbçi Qara dənizdə axtarışlar aparır

Bu gün Qara dənizə düşən Rusiyaya məxsus “TU-154” təyyarəsinin qalıqlarını və həlak olanların meyitlərini tapmaq üçün əraziyə 27 gəmi cəlb edilib.

1news.az lent.az-a istinadən xəbər verir ki, gəmilərlə yanaşı 14 helikopter və 3 mindən çox hərbçi-xilasedici qüvvələri ərazidə axtarış tədbirləri həyata keçirir. Axtarış ümumilikdə 10 kvadrat kilometr ərazini əhatə edir.

Qeyd edək ki, təyyarədə olduğu dəqiqləşən 93 nəfərdən 10-un cəsədi artıq tapılıb. Hazırda 83 nəfərin cəsədi axtarılır.

1news.az

Paylaş:
1048

Son xəbərlər

Bütün xəbərlər