Bundan sonra Gürcüstanda marixuana istifadə edənlər həbs edilməyəcək | 1news.az | Xəbərlər
Dünya

Bundan sonra Gürcüstanda marixuana istifadə edənlər həbs edilməyəcək

12:19 - 25 / 12 / 2016
Bundan sonra Gürcüstanda marixuana istifadə edənlər həbs edilməyəcək

Gürcüstanda kiçik dozada marixuanadan şəxsi məqsəd üçün istifadəyə görə həbs cəzası ləğv olunub.

1news.az APA-ya istinadən xəbər verir ki, müvafiq qərar ölkənin Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilib.

Qərara əsasən, məhkəmə marixuanadan şəxsi məqsəd üçün istifadəyə görə həbs cəzası nəzərdə tutan normanı Konstitusiyaya zidd hesab edib.

Təşəbbüsü Gürcüstanın ombudsmanı irəli sürüb. Ombudsman marixuanadan istifadəyə görə həbs cəzasını həddindən artıq sərt olduğunu iddia edib.   

1news.az

Paylaş:
2430

Son xəbərlər

Bütün xəbərlər