“Atəşgah” Sığorta Qrupunda kadr dəyişikliyi baş verib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Atəşgah” Sığorta Qrupunda kadr dəyişikliyi baş verib

17:13 - 26 / 12 / 2016
“Atəşgah” Sığorta Qrupunda kadr dəyişikliyi baş verib

“Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ daxilində kadr dəyişiklikləri baş verib.

1news.az-a şirkətdən verilən xəbərə görə, bir müddət əvvəl “Atəşgah” SŞ İdarə Heyəti sədrinin birinci müavini Vasif Eldar oğlu Əhmədovun  tutduğu vəzifəsindən başqa işə keçməyi ilə əlaqədar istefasından sonra onun cavabdeh olduğu mühüm struktur bölmələri üzrə kurasiya və vəzifəsi Əkbər Eynulla oğlu Mədətliyə həvalə olunub.

Qeyd edək ki, Ə.Mədətli 2012-ci ilin yanvarından “Atəşgah Həyat” SŞ İdarə heyətinin sədri vəzifəsində çalışmışdır. Bundan sonra Ə.Mədətli “Atəşgah” SŞ İdarə Heyəti Sədrinin birinci müavini vəzifəsini tutacaq.

Eyni zamanda 2015-ci ilin oktyabrında “Atəşgah” SŞ İdarə Heyəti sədrinin müavini təyin edilmiş Azər Əmiraslan oğlu Əliyev isə “Atəşgah Həyat” SŞ İdarə Heyətinin sədri vəzifəsini tutub.

1news.az

Paylaş:
1022

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər