Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində işləyəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində işləyəcək

12:27 - 26 / 12 / 2016
Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində işləyəcək

Bakı Beynəlxalq Avtovağzalı 25 dekabr-7 yanvar tarixinədək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

1news.az-ın Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə istinadən verdiyi xəbərə görə, sərnişin sıxlığını nəzərə alaraq 200 ehtiyat avtobus ayrılıb. Belə ki, adi günlərdə 200 reyslə 7-8 min sərnişin daşınması həyata keçirilirdisə, bayram günlərində təxminən 600-700 reyslə 16-18 min sərnişin daşınması gözlənilir.

Bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyə olunur.

1news.az

Paylaş:
547

Son xəbərlər

Bütün xəbərlər