Azərbaycan İran vətəndaşları üçün viza rejimini sadələşdirəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan İran vətəndaşları üçün viza rejimini sadələşdirəcək

15:27 - 27 / 12 / 2016
Azərbaycan İran vətəndaşları üçün viza rejimini sadələşdirəcək

Azərbaycan gələn il İran vətəndaşları üçün viza rejimini əhəmiyyətli dərəcədə sadələşdirməyi planlaşdırır.

Bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 11-ci iclasında deyib.

Nazirin sözlərinə görə, qonşu dövlətlərin vətəndaşları üç iş günü ərzində elektron viza əldə edə biləcək:

“2017-ci ilin yanvarın 10-dan başlayaraq İran vətəndaşları Azərbaycana daxil olmaq üçün vizaları ASAN Viza sistemi ilə ala bilər”.

Qeyd edək ki, iyunun 1-də Prezident İlham Əliyev elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında fərman imzalayıb.

Sənədə əsasən, Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativliyi və şəffaflığı təmin edən elektron viza sistemi yaradılacaq.

“ASAN Viza” sistemi Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsinə imkan yaradacaq. Bunun üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslər müəyyən olunmuş dövlət rüsumunun “ASAN Viza” sistemi vasitəsilə elektron qaydada ödəməlidir. Həmçinin elektron viza üç iş günü müddətində veriləcək.

Bununla yanaşı, fərmana əsasən elektron viza siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilir.

Dekabrın 16-da ASAN Visa portalının təqdimatı keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İman Kərimovun sözlərinə görə, hazırda test rejimində fəaliyyət göstərən portal 2017-ci ilin yanvarın 10-dan tam fəaliyyətə başlayacaq.

“Bu innovasiyaya əsasən əcnəbi vətəndaşlar evlərindən çıxmayaraq, növbə gözləməyərək və sənəd toplamayaraq onlayn rejimdə viza ala biləcəklər”.

O, qeyd edib ki, portalın yaradılmasında məqsəd əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsinin sadələşdirilməsi, müasir informasiya texnologiya vasitəsilə operativlik və şəffaflığın təmin ediməsidir. 

Həmçinin təqdimat mərasimində bildirilib ki, ölkədə 30 gün müddətinə qalınarsa birdəfəlik elektron vizaların alınması üçün ödəniş portal vasitəsilə həyata keçiriləcək. Və üç iş günü ərzində viza elektron poçtaya göndəriləcək. Vizaya görə dövlət rüsumu 20 ABŞ dolları təşkil edir.

Bir insanın elektron viza alması üçün bir nəfər, ailə üçün (minimum 2, maksimum 10 nəfər), qrup üçün isə (minimum 10, maksimum 300 nəfər) nəzərdə tutlub.

ASAN Viza sistemi vasitəsilə elektron vizaların verilməsi 81 ölkənin vətəndaşlarına –  ABŞ, Albaniya, Almaniya, Andorra, Argentina, Avstraliya, Avstriya, Belçika, BƏƏ, Bəhreyn, Bolqarıstan, Bosniya və Herseqovina, Böyük Britaniya, Braziliya, Bruney, CAR, Çexiya, Çili, Çin, Danimarka, Estoniya, Əlcəzair, Finlandiya, Fransa, Hindistan, Xorvatiya, İndoneziya, İordaniya, İran, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Kipr, Koreya, Kosta-Rika, Kuba, Küveyt, Qətər, Qvatemala, Latviya, Litva, Lixtenşteyn, Lüksemburq, Macarıstan, Makedoniya, Malayziya, Malta, Meksika, Mərakeş, Monako, Monteneqro, Monqolustan, Nepal, Niderland, Norveç, Oman, Pakistan, Panama, Polşa, Portuqaliya, Rumıniya, San-Marino, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Slovakiya, Sloveniya, Şri-lanka, Tailand, Türkiyə, Türkmənistan, Vatikan, Vyetnam, Yaponiya, Yeni Zelandiya və Yunanıstan şamil edilir.

1news.az

 

Paylaş:
2212

Son xəbərlər

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıbBu gün, 09:29Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:18AMB noyabrın son valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:05Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03
Bütün xəbərlər