İsmayıllının bəzi kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

İsmayıllının bəzi kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq

17:05 - 27 / 12 / 2016
İsmayıllının bəzi kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah Hacıqabul magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

1news.az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat veriblər.

Məlumata görə, dekabrın 28-də saat 10:00-dan 15:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Kürdmaşı” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində İsmayıllı rayonunun Kürdmaşı, Hacıtamlı, Hapıttı, Qarakolluq, Aşıq Bayram, Mollaisaxlı və Uştal kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

1news.az

Paylaş:
885

Son xəbərlər

Şirvan kanalı bərpa edildi

05 / 08 / 2026, 16:06
Bütün xəbərlər