ARDDA öz fəaliyyətində qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsinə xüsusi yer ayırıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

ARDDA öz fəaliyyətində qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsinə xüsusi yer ayırıb

12:34 - 27 / 12 / 2016
ARDDA öz fəaliyyətində qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsinə xüsusi yer ayırıb

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının 2016-cı il ərzində görülmüş işlərə dair hesabatı yayıb.

1news.az-a Administrasiyanın mətbuat xidmətindən verilən xəbərə görə, hesabat dövrü ərzində Dövlət Dəniz Administrasiyası tərəfindən Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2006-cı il tarixli, 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə” rəhbər tutularaq dəniz nəqliyyatı sahəsində dövlət siyasəti və tənzimlənməsi istiqamətində qanunvericiliklə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi təmin edilib.

“Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin aktlarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasına dair təkliflər hazırlanaraq müvafiq qaydada təqdim edilib.

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli 223-IIQ nömrəli Qanununda, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 27 dekabr tarixli 412-IIQ nömrəli Qanununda, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının 1998-ci il 15 dekabr tarixli 590-IQ nömrəli Qanununda, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-IIIQ nömrəli Qanununda müvafiq dəyişikliklər edilməsi məqsədi ilə qanun layihələri hazırlanaraq aidiyyəti orqanlara göndərilib və qeyd olunan qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılaraq qəbul olunub.

Həmçinin, “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 541 nömrəli Fərmanında və “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin icrasının təmin edilməsi barədə” 2001-ci il 3 noyabr tarixli 594 nömrəli Fərmanında müvafiq dəyişikliklər edilməsi məqsədi ilə fərman layihələri hazırlanaraq aidiyyəti orqanlara göndərilmiş və qeyd olunan Fərman layihələri 2016-cı il 20 may tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmışdır.

Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişikliklər edilməsi haqqında qərar layihələri hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunmuşdur. Qeyd olunan layihələr əsasında, müvafiq olaraq Nazirlər Kabinetinin 11 may 2016-cı il tarixli 191 nömrəli və 11 may 2016-cı il tarixli 192 nömrəli qərarları qəbul olunmuşdur.

“Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın IX fəslinə, “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə və “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi”nin 22.6-cı maddəsinə əsasən hazırlanmış “Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin və gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə”nin forması və verilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 15 avqust tarixli 306 nömrəli qərarı ilə təsdiq edilmişdir.

2016-cı il ərzində Azərbaycan Respublikasına mənsub dəniz limanlarında 18585  gəminin girişi və 18373 gəminin çıxışı rəsmiləşdirilmiş, 3549 gəmi jurnalı təsdiq edilərək təhvil verilimiş və xarici dövlətin bayrağı altında üzən 1668 gəmiyə bələdçi xidməti göstərilmişdir. Eləcə də, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi  Tərəfindən xarici dövlət bayrağı altında üzən Azərbaycan Respublikasına səfər edən 1105 gəminin və Azərbaycan Respublikasının  ərazi sularında keçən 630 gəminin naviqasiya ötürülməsi təmin edilmişdir.

2016-ci ilin müvafiq dövrü ərzində Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən 132 gəmidə və xarici dövlətlərin bayrağı altında üzən 60 gəmidə nəzarət yoxlaması həyata keçirilmişdir. Xarici dövlətlərin bayrağı altında üzən 60 gəmidən 26-sı Rusiya Federasiyasına, 19-u İran İslam Respublikasına, 4-ü Qazaxıstan Respublikasına və 11-i Türkmənistan Respublikasına məxsus olmuşdur. Xarici dövlətlərin bayrağı altında üzən gəmilərdə ümumilikdə 341 uyğunsuzluq halı aşkar edilmişdir. Qeyd edilən uyğunsuzluqlardan  273-ü “Dənizdə insan həyatının mühafizəsi haqqında Beynəlxalq Konvensiya”nın (SOLAS), 15-i “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınmasına dair Beynəlxalq Konvensiya”nın (MARPOL), 32-si “Dənizdə Əməyə dair Konvensiyası”nın (MLC), 10-u “Yük nişanı haqqında Beynəlxalq Konvensiya”nın (ICLL), 7-si “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında Konvensiya”nın (COLREG) və 4-ü digər beynəlxalq konvensiyaların tələblərinin pozulması ilə əlaqədar olmuşdur.

Hesabat dövrü ərzində Dövlət Dəniz Administrasiyası tərəfindən “Gəmi və liman vasitələrinin mühafizəsinə dair” Beynəlxalq Məcəllənin (ISPS Code) tələblərinə əsasən, Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən 30 gəmidə yeniləmə və 27 gəmidə ilkin yoxlama keçirilmiş və bu gəmilərə “gəminin “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında” Beynəlxalq Məcəllənin tələblərinə uyğun olması haqqında Şəhadətnamə” verilmişdir. Həmçinin, 13 gəmidə ara yoxlaması keçirilmişdir.

Həmçinin, 2016-cı il ərzində Dövlət Dəniz Administrasiyası tərəfindən 95 gəmiyə “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında Şəhadətnamə”, 27 gəmiyə “Mülkiyyət hüququ haqqında Şəhadətnamə”, 96 gəmiyə “Minimum heyət tərkibi haqqında Şəhadətnamə”, 38 gəmiyə “Neftlə çirklənmədən vurulan zərərə görə mülki məsuliyyətin maliyyə təminatı haqqında Şəhadətnamə”, 16 gəmiyə “gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə”, 146 gəmiyə “Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət ilə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında Sertifikat”, 10 gəmiyə “Azərbaycan Respublikasının Dövlət gəmi reyestrindən və Berbout-çarter reyestrindən çıxarış”, 22 gəmiyə “Gəmi tarixinin fasiləsiz qeydlər sənədi” və 3 gəmiçilik şirkətinə “Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə verilmişdir.

Eyni zamanda bildiririk ki, 37 ədəd müxtəlif təyinatlı gəmi Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində və Berbout-çarter reyestrində qeydiyyata alınmış, 13 gəmi adıçəkilən reyestrlərdə təkrar qeydiyyata alınmış və onlara müvafiq şəhadətnamələr verilmişdir. Həmçinin, 1 gəmi Azərbaycan Respublikasının Dövlət Gəmi reyestrindən çıxarılmışdır.

Bundan əlavə, 1 gəminin  Dənizdə insan həyatının mühafizəsinə dair təlim və məşğələ üzrə təlimatı, 66 gəminin Yanğınla mübarizə planının sxemi, 5 gəminin Yüklərin bərkidilməsi üzrə təlimatı, 3 gəminin Gəmi qəza yedək əməliyyatları planı təsdiq edilmişdir. Eləcə də, “Kaspian Geofizikal” MMMM-in və “Saipem Contracting Netherlands” şirkətinin Əmniyyətli İdarəetmə Sistemi üzrə sənədlər toplusu təsdiq edilmişdir.

Qeyd edilən dövr ərzində 1117 dənizçinin şəxsiyyət vəsiqəsi və 576 dənizçinin qeydiyyat kitabçası hazırlanaraq sahiblərinə təqdim edilmişdir

Hesabat dövrü ərzində Dövlət Dəniz Administrasiyası öz fəaliyyətində qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsi və bu təcrübənin Azərbaycan Respublikasının qeyd olunan sahə üzrə dövlət siyasəti və tənzimləməsinin həyata keçirilməsi istiqamətində tətbiqi məsələlərinə xüsusi yer ayırmışdır. Administrasiya ikitərəfli və çoxtərəfli əməkdaşlıq istiqamətlərində böyük uğurlara nail olmuş, təkcə Beynəlxalq Dəniz Təşkilatı ilə deyil, həmçinin Beynəlxalq Əmək Təşkilatı, Avropa İttifaqı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, NATO və s. kimi  beynəlxalq qurumlarla əlaqələrini genişləndirmişdir.

“Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası”na və “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş” ilə bağlı müvafiq sənədlər Dövlət Dəniz Administrasiyası tərəfindən “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa və “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması və ya ləğv edilməsi haqqında təkliflərin mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən verilməsi Qaydaları”na uyğun olaraq hazırlanaraq aidiyyəti üzrə təqdim edilmiş və Azərbaycan Respublikası “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası”na və “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş”ə qoşulmaq barədə 4 mart 2016-cı il tarixli 165-VQ nömrəli Qanun ilə qeyd edilən Konvensiya və Sazişə qoşulmuşdur.

Cari ilin fevral ayının 2-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair” Saziş 15 aprel 2016-cı il tarixli 204-VQ nömrəli Qanunla təsdiq edilmişdir.

Həmçinin, hesabat dövrü ərzində “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (STCW) 1978-ci il tarixli Beynəlxalq Konvensiya”ya əsasən sertifikatların (diplomların) tanınması haqqında Anlaşma Memorandumu” imzalanmışdır.

15 noyabr 2015-ci il tarixindən həyata keçirilməsinə başlanılmış və başlıca məqsədi Azərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyi və dənizin çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar beynəlxalq konvensiyalarda nəzərdə tutulmuş məsuliyyət prosedurlarının Avropa İttifaqı qanunvericiliyi ilə əlaqəli şəkildə həyata keçirilməsində və tətbiqi məsələlərində Dövlət Dəniz Administrasiyasının potensialını gücləndirməkdən ibarət olan “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı tvinninq layihəsinin 2016-cı il 15 yanvar tarixində rəsmi açılış mərasimi keçirilmişdir.

Qeyd edilən layihə çərçivəsində 2016-cı il ərzində “Dənizlə sərnişinlərin və onların baqajlarının daşınması zamanı dəymiş ziyana görə məsuliyyət”, “Azərbaycan Respublikasının ərazisində liman nəzarəti və Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə bayraq nəzarətini həyata keçirən müfəttişlərin təlimatlandırılması”, “Dəniz tələbləri ilə bağlı məsuliyyətin məhdudlaşdırılması haqqında 1976-cı il tarixli Beynəlxalq Konvensiya və adıçəkilən beynəlxalq konvensiyanın 1996-cı il tarixli Protokolu” və digər mövzularda seminarlar, eləcə də, “Gəmilərdə əmniyyətli əməliyyatlar və çirklənmənin qarşısının alınması üçün beynəlxalq idarəetmə məcəlləsinə” dair auditor kursları, “Təlimatçılar üçün hazırlıq kursu”, “Trenajor təlimatçıları və qiymətləndiriciləri üçün təlim”, Gəmi Hərəkətinin İdarəetmə Xidmətinin operatorları üçün kurslar və digər təlimlər daxil olmaqla  İspan mütəxəssislərin iştirakı ilə Azərbaycan, İspaniya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, İtaliya və digər ölkələrdə ümumilikdə 11 tədbir təşkil olunmuşdur.

Hesabat dövrü ərzində Dövlət Dəniz Administrasiyasının aparatında çalışan dövlət qulluqçularının təlim-tədris məsələləri diqqət mərkəzində saxlanılmışdır. Belə ki, 2016-cı il ərzində Administrasiyanın əməkdaşları “Dəniz mühitinin mühafizəsi və təhlükəsizliyi”, “Dəniz hüququ”, “Dənizdə Əməyə Dair Konveniyasının milli qanunvericilikdə tətbiqi” və dənizçilik sahəsini əhatə edən digər  mövzular üzrə 11 beynəlxalq təlimdə və 34 beynəlxalq tədbirdə iştirak etmişlər.

11 mart 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Dövlət Dəniz Administrasiyasında 19 vakant vəzifə elan edilərək müsabiqəyə çıxarılmış və  qeyd edilən müsabiqənin hər iki mərhəsindən müvəffəqiyyətlə keçmiş 6 namizəd müvafiq vəzifələrə təyin olunmuşdur.

Qeyd edilən dövr ərzində Dövlət Dəniz Administrasiyasında vətəndaşların qəbulu işinin təşkili “Vətəndaşların müraciətləri haqqında” 30 sentyabr 2015-ci il tarixli 1308-IVQ nömrəli Qanuna və Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2006-cı il tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”nin 8.13-cü bəndinə uyğun olaraq “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəhbərliyi və aparatın struktur bölmələrinin müdirləri tərəfindən vətəndaşların qəbul edilməsi qrafiki”ndə göstərilən günlər üzrə həyata keçirilmiş və zəruri hallarda vətəndaşlar qəbul günləri olmayan günlərdə də Administrasiyanın rəhbərliyi və Aparatın struktur bölmələrinin müdirləri tərəfindən qəbul edilmişlər.

1news.az

Paylaş:
1071

Son xəbərlər

Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42Azərbaycanın Xalq rəssamı vəfat edibBu gün, 09:35Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıbBu gün, 09:29Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:18AMB noyabrın son valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:05Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20
Bütün xəbərlər