Rusiyalı diplomatın öldürülməsindən öncə Gülənin telekanalında səfirə sui-qəsd serialı nümayiş olunub – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Rusiyalı diplomatın öldürülməsindən öncə Gülənin telekanalında səfirə sui-qəsd serialı nümayiş olunub – VİDEO

15:43 - 28 / 12 / 2016
Rusiyalı diplomatın öldürülməsindən öncə Gülənin telekanalında səfirə sui-qəsd serialı nümayiş olunub – VİDEO

Rusiyalı səfirin Ankarada öldürülməsi anı hələ də bir çox ölkələrdə həyəcanla qarşılanır.

Diplomatın öldürülməsilə bağlı CNN Türk telekanalı maraqlı məqama diqqət yetirib:

Analoji hadisə illər öncə Fətullah Gülən terror təşkilatına aid Samanyolu TV-nin ekranlarında göstərilən serialda əks olunub.

Oxucuların diqqətinə həmin kadrları çatdırırıq:


Andrey Karlov suikastı Samanyolu TV'de böyle işlenmiş

“Nizama Adanmış Ruhlar” serialının 89-cu seriyasındakı kadrlar Ankaradakı Mədəniyyət Mərkəzində öldürülmüş Andrey Karlovun ölüm səhnəsilə eynilik təşkil edir.

Bu epizodu mühakimə etsək ehtimal etmək olar ki, diplmatı öldürən Mövlud Mərt Altındaş FETÖ ilə əlaqədar olub.

Həmin seriyada göstərilir ki, səfir həyat yoldaşı ilə birlikdə sərgiyə gəlir (sərgi FETÖ ilə bağlı Zaman qəzetinin redaksiyasında keçirilir). Səfir xanımı ilə birlikdə sərgidəki rəsm əsərlərinə tamaşa edir, tablolardan biri onun xoşuna gəlir. Bu an cinayətkar səfirin badəsinə zəhər tökür. Lakin sui-qəsd alınmır. Bu an ekskursiya rəhbəri-qadın çantasından tapanca çıxararaq killerə verir. Həmin şəxs silahla səfirə tərəf gedir. Lakin bu an mühafizəçilər onun qarşısını alır və o, səfiri öldürə bilmir.

Qeyd edək ki, FETÖ terror təşkilatı ilə əlaqədar bilinərək Fətullah Gülənə yaxın bir çox KİV-in fəaliyyəti Türkiyədə hərbi çevrilişə cəhddən sonra dayandırlıb. 

1news.az

Paylaş:
911

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər