SOCAR: Magistral qaz kəmərində baş vermiş qəza texnogen xarakter daşıyır – FOTO
Dekabrın 27-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən magistral qaz kəmərində baş vermiş hadisənin səbəbləri araşdırılır.
1news.az-ın SOCAR-ın saytına istinadla verdiyi xəbərə görə, ilkin baxış bir neçə versiyanı nəzərdən keçirməyə imkan verir:
“2002-ci ildə tikilib istismara buraxılmış qaz kəmərində baş verən qəzanın mümkün səbəbləri arasında qaynağın və ya boru materialının keyfiyyətinin aşağı olması, yaxud kəmərin keçdiyi ərazinin aqressiv və sürüşkən zonada yerləşməsi nəticəsində aşınmaya məruz qalması ehtimalları nəzərdən keçirilir. İlkin baxış qəzanın texnogen xarakter daşıdığını təsdiq edir”.
Həmçinin məlumatda qeyd edilir ki, araşdırma işləri yekunlaşdıqdan sonra nəticələr barədə əlavə məlumat veriləcək.
Xatırladaq ki, dekabrın 27-də səhər Səngəçal Baş Qurğularına gedən magistral qaz kəmərində partlayış baş vermişdi. Fövqəladə hadisə zamanı xəsarət alan olmayıb.
Mövzu ilə əlaqədar oxuyun:
Magistral qaz xəttində baş verən yanğın söndürülüb – FOTO – VİDEO – YENİLƏNİB
1news.az