Neft yenidən ucuzlaşmağa başladı
Dünya birjalarında neftin qiyməti yenidən aşağı düşməyə başlayıb.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,05 dollar ucuzlaşaraq 53,72 dollar olub.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,01 dollar azalaraq 56,13 dollar olub.
1news.az
824