İstanbuldakı teraktda Orta Asiyalı şübhəli bilinir
İstanbulda “Reina” klubunda baş verən terror hadisəsini törətməkdə İŞİD-lə əlaqəli özbək və ya qırğız şübhəli bilinir.
1news.az-ın Milliyet-ə istinadən verdiyi məlumatına əsasən, mütəxəssislərin gəldiyi nəticəyə görə terror aktını törədən şəxs soyuqqanlı və professional canidir.
Klubda həyatını itirənlərin autopsiya nəticələri göstərdi ki, onlardan bəziləri yaxın məsafədən vurulub.
Terrorçunun atdığı güllələrdən bəziləri bir insandan keçib digərinə dəyərək ölümcül xəsarət yetirib.
Terrorçu silahını dəhşət içində yerə yıxılan və ya uzanan qurbanların başına dayayaraq onları qətlə yetirib.
Ümumi olaraq cani hadisə yerində təxminən 5 dəqiqə olub.
Bu zaman ərzində o, 6 daraq dəyişirək Kalaşnikov avtomatından 7,62 mm kalibrli 180 güllə atıb.
Nəticədə 39 günahsiz şəxs qətlə yetirilib, çoxlu sayda insan müxtəıif dərəcəli xəsarət alıb.
1news.az