İstanbul terrorunda milyarder iş adamı da öldürülüb | 1news.az | Xəbərlər
Dünya

İstanbul terrorunda milyarder iş adamı da öldürülüb

12:48 - 03 / 01 / 2017
İstanbul terrorunda milyarder iş adamı da öldürülüb

İraq əsilli iordaniyalı iş adamı və ölkənin ən zəngin şəxslərindən olan Muhammed el-Sarraf da Türkiyədəki Reina terrorunda ölüb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iş adamının İraq və İordaniyada 13 şirkəti var.

Telekommunikasiya, mühafizə və digər sahələrə maliyyə ayıran El-Sarrafın yaxın dostu Navras Affas da terror nəticəsində ölüb.

Affas İordaniyada məşhur klublardan birinin sahibidir və həmin gün dostu ilə yeni ili qeyd etmək üçün İstanbula getmişdi.

1news.az

Paylaş:
910

Son xəbərlər

Bütün xəbərlər