Mərkəzi Bank: dollar yenə də bahalaşdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bank: dollar yenə də bahalaşdı

14:36 - 05 / 01 / 2017
Mərkəzi Bank: dollar yenə də bahalaşdı

Yanvarın 5-də Mərkəzi Bankda növbəti ikitərəfli valyuta hərracı keçirilib.

1news.az-a Mərkəzi Bankdan verilən xəbərə görə, hərracda Dövlət Neft Fondu da iştirak edib:

“Hərrac 1 ABŞ dolları üçün 1,7707 manat məzənnəsi ilə başlayıb və 1,7742 manat məzənnəsi ilə yekunlaşıb”.

Xatırladaq ki, yeni mexanizmə görə, manatın ABŞ dollarına nisbətən məzənnəsi AZN/USD-nin orta çəkili məzənnəsi əsasında təyin edilir. Bu da beynəlxalq valyuta bazarı və hərraclarda kommersiya bankları arasındakı sövdələşmələrin nəticəsi olaraq bağlanır.

İkitərəfli hərraclar keçirilməyən günlərdə AZN/USD-nin məzənnəsi kommersiya bankarı arasında alış-satış zamanı təyin edilir.

1news.az

Paylaş:
847

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər