ABŞ-da aeroporta silahlı hücum: 5 ölü var | 1news.az | Xəbərlər
Dünya

ABŞ-da aeroporta silahlı hücum: 5 ölü var

23:03 - 06 / 01 / 2017
ABŞ-da aeroporta silahlı hücum: 5 ölü var

ABŞ-ın Fort-Loderdeyl şəhərində (Florida ştatı) silahlı insident baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, naməlum şəxsin hava limanında açdığı atəş nəticəsində azı 5 nəfər ölüb.

NBC telekanalının məlumatına görə, insident zamanı 9 nəfər yaralanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun adı və motivləri hələ ki, açıqlanmır.

1news.az

Paylaş:
841

Son xəbərlər

Bütün xəbərlər