Türkiyə hakimiyyəti hesab edir ki, İzmirdə törədilən teraktın arxasında KFP dayanır
Məlum olduğu kimi, 5 gün əvvəl İstanbulda baş verən terktdan sonra dünən Türkiyədə daha bir terror aktı törədildi.
1news.az-ın məlumatına görə, İzmir şəhərində Ədliyyə binasının qarşısında bomba yüklü avtomobilin partladılması nəticəsində polis əməkdaşı və məhkəmə məmuru həlak olub, iki terrorçu məhv edilib, 10 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Polis qaçmağı bacaran daha bir terrorçunun axtarışını davam etdirir.
Türkiyə hakimiyyəti hesab edir ki, partlayış “Kürd Fəhlə Partiyası” tərəfindən planlaşdırılıb.
“Hücumun hansı formada həyata keçirildiyini nəzərə alsaq təxmin etmək olar ki, terror aktı “Kürd Fəhlə Partiyası” tərəfindən törədilib”- deyə, İzimir vilayətinin qubernatoru bəyan edib.
Yüzlərlə insan hadisə yerinə toplaşarak terror əleyhinə aksiya keçirib. Onlar baş verən teraktda “Kürd Fəhlə Partiyası”nı günahlandırıblar.
Qeyd edək ki, silahlı hücumda ölən və xəsarət alanların sayı daha çox ola bilərdi. Belə ki, cinayətkarlarda aşkar edilən silah arsenalı bunu deməyə əsas verir. Yalnız həlak olan polis əməkdaşı Fethi Sekinin qəhrəmancasına cinayətkarlara müqavimət göstərməsi nəticəsində daha böyük faciənin qarşısı alınıb.
Mövzu ilə əlaqədar:
Zərərsizləşdirilmiş terrorçuların fotoları yayılıb – FOTO – VİDEO – YENİLƏNİB