Kapital Bank-ın “Qış hədiyyə kampaniyası” davam edir
Kapital Bank-ın Yeni il münasibətilə “Gündəlik tələbat krediti” məhsulu üzrə keçirdiyi hədiyyə aksiyası davam edir.
Artıq bir neçə müştəri “iPad”, “iPhone 7” və “Samsung” televizoru kimi qiymətli hədiyyələr qazanıblar. Aksiya 13 yanvar 2017-ci ilədək davam edəcək.
Şərtlərə görə, kredit rəsmiləşdirən müştərilərə xüsusi kuponlar təqdim edilir və müştəri yerindəcə ona təqdim edilən kuponu silib, qazandığı hədiyyəni müəyyən edə bilər. Kampaniya ərzində 2 ədəd “iPhone 7” smartfonu, 5 ədəd “iPad” planşeti, 10 ədəd “Samsung televizoru” və kreditin illik faiz dərəcəsinə 5%-dək endirimlər öz sahiblərini tapacaq. Qeyd edək ki, bütün kuponlar hədiyyəlidir.
“Gündəlik tələbat krediti”nin məbləği 300 – 15 000 manat təşkil edir, müddəti isə 6 aydan 36 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqı və ya təqaüdünü Kapital Bank-dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.