Smartfonların dizaynını dəyişəcək texnologiya təqdim olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Smartfonların dizaynını dəyişəcək texnologiya təqdim olunub

17:51 - 07 / 01 / 2017
Smartfonların dizaynını dəyişəcək texnologiya təqdim olunub

Ötən ilin sonunda "Synaptics" şirkətinin nümayiş etdirdiyi mobil qurğunun qoruyucu şüşəsinin altında yerləşdirilə bilən yeni "Natural ID" barmaq izi optik skanerinin yaxın gələcəkdə smartfonlarda tətbiq ediləcəyi gözlənilir. Bu dəfə isə şirkət Las-Veqasda keçirilən "CES 2017" sərgisində yeni texnologiyanı praktiki göstərib.

1news.az ICTnews-a istinadən xəbər verir ki, yeni sistemə yuxarıda qeyd edilən daktiloskopik sensor, eləcə də sifətin tanınması texnologiyası daxildir.

Bu, smartfonları blokdan bu və ya digər halda daha asan üsulla çıxarmağa imkan verəcək. Məsələn, istifadəçi şaxtalı gündə küçədə olan zaman bunu əlcəkləri çıxarmadan - sadəcə, qurğuya baxmaqla edə biləcək. Texnologiyadan, həmçinin bank əməliyyatlarının mühafizəsi üçün istifadəsi nəzərdə tutulur.

Məlumata görə, barmaq izi optik sensoru izi 1 mm qalınlığında mühafizəli şüşədən, o cümlədən dəyirmi 2,5D şüşədən tanıyır. Bu, sensoru mobil qurğulara ekranın altındakı fiziki düymə olmadan quraşdırmağa imkan verir. Həmçinin həqiqi barmaq izlərini saxta barmaq izlərindən fərqləndirmək üçün süni intellekt texnologiyasından istifadə edən sensorlar enerji sərfiyyatını azaldır.

Qeyd edək ki, "Synaptics" şirkətinin həllərindən "Apple" smartfonlarında istifadə olunur. ABŞ istehsalçısı bu il buraxılması gözlənilən "iPhone 8" modelinin üst tərəfini şüşə ilə örtərək düymələrin tam ləğvini planlaşdırır.

1news.az

Paylaş:
571

Son xəbərlər

Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilibBu gün, 16:04Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublarBu gün, 16:01Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıbBu gün, 15:46Şəhid Novruz Quliyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıbBu gün, 15:39Bu ilin ilk üç ayında doğulan əkiz və üçəmlərin sayı açıqlanıbBu gün, 15:35Azərbaycan və Belarus prezidentərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB 1Bu gün, 15:19Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıbBu gün, 15:03Azərbaycan və Belarus arasında doqquz sənəd imzalanıb - YENİLƏNİBBu gün, 14:53İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblərBu gün, 14:46Zığ dairəsi-Hava Limanı yolunda endirilən sürət həddi bərpa edilib - YENİLƏNİBBu gün, 14:41Yanvar-mart aylarında ölənlərin sayı açıqlanıbBu gün, 14:13ADY: İnklüziv nəqliyyat – Maneəsiz səyahət - FOTOBu gün, 14:11Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİBBu gün, 14:02Azərbaycanda nikahların sayı azalıbBu gün, 13:58Bu ilin sonunda Qubadlıya ilk köç olacaq - RƏSMİBu gün, 13:45Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir - VİDEOBu gün, 13:35Ayxan Hacızadə Fransa daxili işlər nazirinə cavab veribBu gün, 13:25Azərbaycan əhalisinin sayı açıqlanıbBu gün, 13:24Şimşək çaxacaq, leysan yağacaq - PROQNOZBu gün, 13:16Mayın 26-da II və III qruplar üzrə qəbul imtahanları keçiriləcəkBu gün, 12:44
Bütün xəbərlər