“Nokia” şirkəti telefon bazarına qayıtdıqdan sonar ilk smartfonunu təqdim etdi - VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Nokia” şirkəti telefon bazarına qayıtdıqdan sonar ilk smartfonunu təqdim etdi - VİDEO

15:36 - 09 / 01 / 2017
“Nokia” şirkəti telefon bazarına qayıtdıqdan sonar ilk smartfonunu təqdim etdi - VİDEO

Finlandiyanın “Nokia” şirkəti mobil telefonlar bazarına geri qayıtdıqdan sonra ilk  smartfonunu təqdim edib.

1news.az ICTnews-a istinadən xəbər verir ki, bu smartfon “Android 7.0” mobil əməliyyat sistemi ilə işləyir.

Yeni smartfon hələ ki yalnız Çində satılacaq.

Telefonun dizaynı ənənəvi olaraq yığcam, amma zərif hazırlanıb, ekran bükük 2.5D şüşə ilə örtülüb.

“Nokia 6” smartfonunun tanıtımı ilə məşğul olacaq Finlandiyanın “HMD Global” şirkəti sözügedən cihazın əsas texniki xüsusiyyətlərini açıqlayıb:

Ekran: 5.5 düym, “Full HD”

Prosessor: “Qualcomm Snapdragon 430”

Əməli yaddaş: 4 QB

Daimi yaddaş: 64 QB

“MicroSD” kart dəstəyi: var

Əsas kamera: 16 MP, f/2.0, faza avtofokusu

Ön kamera: 8 MP, f/2.0

Akkumulyator: 3000 milliamper/saat

“LTE” dəstəyi: var

Akustika: “Dolby Atmos” dəstəyi

Əməliyyat sistemi: “Android 7.0”

Korpus: alüminium.

“Nokia 6” smartfonu hələ ki yalnız “JD.com” resursu üzərindən Çində satılacaq. Qiyməti 245 dollardır.

1news.az

Paylaş:
645

Son xəbərlər

Bütün xəbərlər