“Azərbaycan Beynəlxalq Bankı”na yeni rəhbər təyin edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azərbaycan Beynəlxalq Bankı”na yeni rəhbər təyin edilib

17:00 - 10 / 01 / 2017
“Azərbaycan Beynəlxalq Bankı”na yeni rəhbər təyin edilib

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

1news.az-ın ABB-yə istinadən verdiyi xəbərə görə, yığıncaqda bankın İdarə Heyətinə sədr seçilməsi məsələsinə baxılıb. Səhmdarların qərarı ilə Xalid Əhədov ABB-nin İdarə Heyətinin sədri seçilib.

Qeyd edək ki, X.Əhədov 8 dekabr 2016-cı il tarixindən bu vəzifəni müvəqqəti icra edib.

Bununla yanaşı, Aqşin Əmirov İdarə Heyətinə sədr müavini vəzifəsinə təyin olunub. A. Əmirov bundan öncə “Bank Respublika” ASC-də analoji vəzifəni tutub.

1news.az

Paylaş:
932

Son xəbərlər

Bütün xəbərlər