Bakının bir hissəsinin qaz təchizatında məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakının bir hissəsinin qaz təchizatında məhdudiyyətlər olacaq

09:10 - 10 / 01 / 2017
Bakının bir hissəsinin qaz təchizatında məhdudiyyətlər olacaq

Bu gün saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Qaraçuxur” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

1news.az-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, aparılan işlərin Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur, Günəşli və Hövsan, eləcə də Sabunçu rayonunun Bakıxanov qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür. 

1news.az

 

Paylaş:
1040

Son xəbərlər

Bütün xəbərlər