Litva Aİ Şurasına sədrliyi dövründə Azərbaycanla viza rejiminin sadələşdirilməsini prioritet hesab edir | 1news.az | Xəbərlər
Siyasət

Litva Aİ Şurasına sədrliyi dövründə Azərbaycanla viza rejiminin sadələşdirilməsini prioritet hesab edir

Ayşən Salehli13:51 - Bu gün
Litva Aİ Şurasına sədrliyi dövründə Azərbaycanla viza rejiminin sadələşdirilməsini prioritet hesab edir

"​Avropa İttifaqı ilə Azərbaycan münasibətlərinin daha geniş mənzərəsinə nəzər salsaq, gələn il yanvarın 1-dən etibarən Litvanın üzərinə xüsusi və mühüm vəzifə düşəcək — biz Avropa İttifaqı Şurasına sədrliyə başlayırıq".

1news.az xəbər verir ki, bu fikirləri Litva Respublikasının xarici işlər naziri Kestutis Budris Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında səsləndirib.

"Bu o deməkdir ki, Litva həm Şura daxilində 27 üzv dövlət arasında ortaq həll yollarının tapılmasına dəstək verəcək, həm də Avropa İttifaqının tərəfdaşlarla əlaqələrinin inkişafına töhfə verəcək.
​Azərbaycanla bağlı bu istiqamətdə nəticə görmək istədiyimiz bir neçə aydın sahə var. Bunlardan biri viza rejiminin sadələşdirilməsidir. Hər iki tərəfdə təkcə müzakirələrə deyil, hüquqi prosedurlara da başlamalıyıq. Səyahət şəraitinin yaxşılaşmasının və daha çox təmasın qarşılıqlı anlaşmanı artırdığına, ölkələr arasında əməkdaşlıq üçün yeni imkanlar yaratdığına ürəkdən inanıram.
​Digər sahə Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetlərinin razılaşdırılmasıdır. Burada aydın qarşılıqlı maraq var. Avropa İttifaqının marağı Azərbaycanın etibarlı tərəfdaş olması, həmçinin "Qlobal Avropa" təşəbbüsü çərçivəsində Mərkəzi Asiya və digər regionlarla əlaqəlilik üçün sərmayə istiqaməti kimi çıxış etməsi, eləcə də sabitlik və rifahın möhkəmlənməsinə dəstək verməsidir.
​Üçüncü istiqamət isə Strateji Tərəfdaşlıq Sazişidir. Avropa İttifaqı ilə Azərbaycan arasında bu sənədi yeniləməyə hazırıq, çünki bunun üçün tam münasib məqam yetişib".

Paylaş:
40

Son xəbərlər

Bütün xəbərlər