Azərbaycan güclü və özünəgüvənən dövlət kimi ən uğurlu ssenarini reallaşdırıb

"Azərbaycan isə ən uğurlu ssenarini reallaşdıra bildi: güclü və özünəgüvənən dövlət olmaq, Avropa və digər tərəfdaşlarla səmərəli əməkdaşlıq qurmaq, baş verənləri aydın strateji baxış və zəngin təcrübənin hikməti ilə qiymətləndirmək".
1news.az xəbər verir ki, bu fikirləri Litva Respublikasının xarici işlər naziri Kestutis Budris Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında səsləndirib.
"Hazırda aramızda sıx əlaqələr və təmaslar dövrü yaşanır. Təkcə beynəlxalq tədbirlər çərçivəsindəki görüşlərimizi nəzərdə tutmuram - liderlərimiz arasında da intensiv dialoq gedir. Baş nazirim mənə konkret tapşırıq verib: gedib nəticə əldə etmək və birgə iş istiqamətlərini müəyyənləşdirmək. Nazirin də qeyd etdiyi kimi, insan təmasları bu işin əsasını təşkil edir".











