Budris: Litva şirkətlərinin Azərbaycana investisiya yatırması real nəticələr verir

"Ceyhun Bayramovun da qeyd etdiyi kimi, insan təmasları bu işin əsasını təşkil edir".
1news.az xəbər verir ki, bu fikirləri Litva Respublikasının xarici işlər naziri Kestutis Budris Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında səsləndirib.
"Azərbaycandan gələn tələbələrin Litvada təhsil almasından qürur duyuruq. Həmçinin biznes dairələri arasında əlaqələri də təşviq edirik. Sabah İqtisadiyyat Nazirinin iştirakı ilə geniş müzakirəmiz olacaq. Həm xüsusi bilik və məhsullar gətirən, həm də investisiya imkanları axtaran iş adamlarımız bu görüşdə iştirak edəcək. Litva şirkətlərinin Azərbaycana sərmayə yatırması, regionda, eləcə də enerji və əlaqəlilik sahələrində genişlənmə yollarını araşdırması artıq real nəticələr verir və bu, məni çox sevindirir".











