“Yahoo!” şrikətinin adı dəyişəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Yahoo!” şrikətinin adı dəyişəcək

11:03 - 10 / 01 / 2017
“Yahoo!” şrikətinin adı dəyişəcək

ABŞ-ın ən böyük texnologiya şirkətlərindən biri “Yahoo!”nun adı dəyişdirilərək "Altaba" adlandırılacaq.

1news.az APA-ya istinadən xəbər verir ki, bu, şirkətin aktivlərinin “Verizon Communications”-ə satılmasından sonra baş verəcək.

Eyni zamanda, “Yahoo!”nun rəhbəri Marissa Mayer və direktorlar şurasının 4 üzvü tutduqları vəzifələri tərk edəcəklər.

Bundan əvvəl “Yahoo!” 2013-ci ildə kiber hücum nəticəsində 1 milyard istifadəçisinin hesab məlumatlarının hakerlər tərəfindən ələ keçirildiyini ehtimal etmişdi. Qalmaqallı açıqlama “Yahoo!” ilə “Verizon Communications” arasında gözlənilən sövdələşməni təhlükə altına qoymuşdu.

ABŞ-ın ən iri mobil telefon operatoru və internet xidməti təchizatçılarından biri  “Verizon” iyulda “Yahoo!”nu 4,83 milyard dollara satın alacağını bildirmişdi.

Xatırladaq ki, “Yahoo!” şirkəti 1994-cü ildə təsis edilib. Şirkətin axtarış sistemi dünyada ən məşhurlardan biridir.

1news.az

Paylaş:
734

Son xəbərlər

Bütün xəbərlər