ADIF ləğv olunan bankların əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

ADIF ləğv olunan bankların əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb

12:23 - 10 / 01 / 2017
ADIF ləğv olunan bankların əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb

Əmanətlərin Sığortalanması Fondu (ADIF) lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

1news.az-a fonddan verilən xəbərə görə, "Parabank" ASC-nin qorunan əmanətçilərinə 42 mln. 976 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1%-i), "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 52 mln. 462 min manat (ümumi kompensasiya öhdəliyinin 72,2%-i), "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 27 mln. 770 min manat (ümumi kompensasiya öhdəliyinin 99,5%-i) və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 83 min manat (ümumi kompensasiya öhdəliyinin 96,6%-dan çox) kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 126 mln. 291 min manatdan artıq kompensasiya verilib.

"Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. 271 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1%-dən artıq), "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 974 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 94,4%-i) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 245 min manatdan artıq kompensasiya ödənilib.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 148 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i), "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 976 min manat (ümumi kompensasiya öhdəliyinin 94%-i), "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. 152 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. 276 min manatdan artıq kompensasiya ödənilib.

"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 433 mln. 988 min manat artıq kompensasiya ödənişi baş tutub. Belə ki, ümumi kompensasiya öhdəliyinin 98,4%-i əmanətçilərə ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 721,8 mln. manatdan artıq kompensasiya ödənilib.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu (ADIF) 2007-ci ilin 12 avqust tarixindən fəaliyyətə başlayıb.

Əmanətçilət ADIF haqqında lazımi məlumatı Bakı şəh. Bülbül prospekti 40 ünvanından, eləcə də, fondun rəsmi saytından və ADIF-ın qaynar xəttinə 941 və ya (+99412) 596-65-91/92 nömrəli telefonlara zəng etməklə əldə edə bilər.

Mövzu ilə əlaqədar oxuyun:

ADIF lisenziyası ləğv edilən 4 banka borclu olan müştərilərə müraciət edib   

ADIF: 9 bankın qorunan əmanətçilərinə 226 milyon manatdan artıq kompensasiya ödənilib

1news.az

Paylaş:
910

Son xəbərlər

Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42Azərbaycanın Xalq rəssamı vəfat edibBu gün, 09:35Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıbBu gün, 09:29Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:18AMB noyabrın son valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:05Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22
Bütün xəbərlər