SOCAR ötən il dövlət büdcəsinə 1 mlrd. 395 mln. manat ödəyib | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR ötən il dövlət büdcəsinə 1 mlrd. 395 mln. manat ödəyib

20:30 - 11 / 01 / 2017
SOCAR ötən il dövlət büdcəsinə 1 mlrd. 395 mln. manat ödəyib

SOCAR tərəfindən 2016-cı ilin dekabr ayında dövlət büdcəsinə 129 milyon 56 min manat vəsait ödənilib.

Şirkətin mətbuat xidmətindən 1news.az -a verilən məlumata görə, bu göstərici 2015-ci ilin dekabr ayı ilə müqayisədə 53 milyon 736 min manat və ya 171,3 faiz çox olub.

Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında büdcəyə 1 milyard 395 milyon 421 min manat vəsait ödənilib.

Bundan əlavə, 2016-cı ilin dekabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 666 min manat vəsait köçürüb. Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 144 milyon 417 min manat təşkil edib. Bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə 5 milyon 119 min manat və ya 103,7 faiz çox olub.

1news.az

Paylaş:
924

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05
Bütün xəbərlər