SOCAR: Yanğın baş verən magistral qaz kəmərində təmir-bərpa işlərinə başlanılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR: Yanğın baş verən magistral qaz kəmərində təmir-bərpa işlərinə başlanılıb

11:06 - 11 / 01 / 2017
SOCAR: Yanğın baş verən magistral qaz kəmərində təmir-bərpa işlərinə başlanılıb

Xəbər verildiyi kimi, yanvarın 10-da axşam saat 20:45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib.

1news.az-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, görülmüş tədbirlər nəticəsində yanğın lokallaşdırılaraq söndürülüb, qazın nəqli alternativ xəttə keçirilib, istehlakçıların qaz təchizatında fasilə yaranmayıb. Kəmərdə təmir-bərpa işlərinə başlanılıb.

1news.az

Mövzu ilə əlaqədar:

Səngəçalda qaz xəttində yenidən yanğın olub 

SOCAR Səngəçalda qaz xəttində baş vermiş yanğın barədə məlumat yayıb

Paylaş:
616

Son xəbərlər

Bütün xəbərlər