Tarif Şurası: təbii qaz üzrə köhnə borclar əvvəlki tariflə ödəniləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Tarif Şurası: təbii qaz üzrə köhnə borclar əvvəlki tariflə ödəniləcək

11:19 - 11 / 01 / 2017
Tarif Şurası: təbii qaz üzrə köhnə borclar əvvəlki tariflə ödəniləcək

Tarif (qiymət) Şurası bəzi KİV-də yayılan məlumatlarla əlaqədar olaraq bildirir ki, təbii qaz üzrə yeni tariflərin qüvvəyə minmə tarixindən əvvəlki dövr üzrə yaranan borclarla bağlı hesablaşmalar həmin dövrdə qüvvədə olan tariflərlə həyata keçirilməlidir.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda Tarif (qiymət) Şurası katibliyinin yaydığı məlumatda qeyd edilir.

Məlumatda bildirilir ki, yeni tariflərlə hesablaşmalar qeyri-əhali istehlakçı qrupu üzrə 1 dekabr 2016-cı il tarixindən, əhali istehlakçı qrupu üzrə isə 1 yanvar 2017-ci il tarixindən etibarən istehlak olunan təbii qaza şamil edilir.

1news.az

Paylaş:
845

Son xəbərlər

Bütün xəbərlər