Ruslan Abışov rəsmən “Neftçi”də | 1news.az | Xəbərlər
Futbol

Ruslan Abışov rəsmən “Neftçi”də

15:49 - 12 / 01 / 2017
Ruslan Abışov rəsmən “Neftçi”də

“Neftçi” transfer çalışmalarını davam etdirir.

1news.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar” millimizin üzvü Ruslan Abışovla il yarım müddətinə müqavilə bağlayıb.

“Neftçi”nin yetirməsi olan 29 yaşlı müdafiəçi 2012-ci ilədək “ağ-qara” formanı geyinib. Bundan sonra “Xəzər Lənkəran”, “Rubin” (Rusiya) və “Qəbələ” klublarında çıxış etmiş Ruslan Abışov 2009-cu ildən milli komandamızın şərəfini qoruyur.

Qeyd edək ki, bu, “Neftçi” bu transferə qədər Namiq Ələsgərov, Georgi Navalovski, Zdenek Folprext, İqnasio Errera, Kirill Petrov, Pavel Dreksa və Pavel Paşayevi heyətinə qatıb. 

1news.az

Paylaş:
609

Son xəbərlər

Bütün xəbərlər