Türkiyə parlamentində dava düşüb | 1news.az | Xəbərlər
Dünya

Türkiyə parlamentində dava düşüb

09:13 - 12 / 01 / 2017
Türkiyə parlamentində dava düşüb

Türkiyə Böyük Millət Məclisində Konstitusiyaya dəyişikliklər layihəsinin müzakirəsi zamanı yenə dava baş verib.

İnsident 5-ci maddənin müzakirəsi zamanı baş verib. Müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri parlamentin kürsüsünü ələ keçirib. Bundan sonra hakim Ədalət və İnkişaf partiyasından (AKP) olan deputatlar CHP-çiləri kürsüdən uzaqlaşdırmağa çalışıblar.  Bir neçə millət vəkillərinin yaralandığı bildirilir.

Gərginlik aradan qaldırılandan sonra maddə qəbul olunub. Maddənin lehinə 343, əleyhinə isə 7 səs verilib. Cümhuriyyət Xalq Partiyasından olan deputatlar səsvermədə iştirak etməyiblər.

Anadolu

Paylaş:
1587

Son xəbərlər

Bütün xəbərlər