Heybət stansiyasında yeni yoldəyişən quraşdırılır – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Heybət stansiyasında yeni yoldəyişən quraşdırılır – FOTO

11:04 - 12 / 01 / 2017
Heybət stansiyasında yeni yoldəyişən quraşdırılır – FOTO

Azərbaycan dəmir yolunda sayca 9-cu yeni yoldəyişən “Heybət” stansiyasında quraşdırılır. Proses iki gün davam edəcək.

1news.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

Bu yoldəyişənin əvvəlkilərdən fərqi qurğunun cütləşdirilmiş şəkildə baş yolların arasında birləşdirici xarakter daşımasıdır.

Qeyd edək ki, köhnə yoldəyişənlərin alt quruluş hissələri ağac şpaldan yığılırdı və istismar müddətinin az olması həm texniki, həm də maddi baxımdan əlverişli deyildi. Yeni layihədə daha üstün və fərqli bir üsuldan istifadə olunur. Alt quruluş hissələrinin, yəni şpalların və tirlərin dəmir-betondan hazırlanması, yoldəyişənlərin yeni tərtibatda işə tətbiqi yol təsərrüfatında uzunömürlülük baxımından dəyişmələrə səbəb olacaq.

Yoldəyişən qurğuların tirlərinin hazırlanması üçün Türkiyə şirkəti tərəfindən Ələt şpal zavodunda yeni sex açılıb. Tirlərin hazırlanmasında istifadə edilən bütün metal hissələr Qazaxıstandan gətirilir.

Xüsusi ağırlığa malik olan yoldəyişənləri mənzil başına daşımaq üşün Rusiyadan yeni quruluşlu platforma vaqonlar, həmçinin qurğunun qoyulması və sökülməsində istifadə edilən UKS tipli yeni kran alınıb. Bu texnika Azərbaycan dəmir yolunda ilk dəfə istismar olunur.

Xatırladaq ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb.

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda, 2016-cı ilin sentyabr ayından etibarən yeni yoldəyişənlərin quraşdırılmasına da başlanılıb.

Yeni yoldəyişən qurğuların yığılması üçün Səngəçal istehsalat bazasının ərazisində xüsusi meydança tikilib. Sağ və sol təmayüllü yoldəyişən qurğuların quraşdırılması üçün tikilən meydançanın uzunluğu 90 metr, eni 16 metr təşkil edir. Bu meydançada yoldəyişənlərin alt quruluş hissələri, yəni tirlər dəmir-betondan yığılır. 

1news.az

Paylaş:
562

Son xəbərlər

İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış edirlərBu gün, 14:29Azərbaycan-Belarus sənədləri imzalanıbBu gün, 14:26Yanvar-mart aylarında ölənlərin sayı açıqlanıbBu gün, 14:13ADY: İnklüziv nəqliyyat – Maneəsiz səyahət - FOTOBu gün, 14:11Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİBBu gün, 14:02Azərbaycanda nikahların sayı azalıbBu gün, 13:58Bu ilin sonunda Qubadlıya ilk köç olacaq - RƏSMİBu gün, 13:45Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir - VİDEOBu gün, 13:35Ayxan Hacızadə Fransa daxili işlər nazirinə cavab veribBu gün, 13:25Azərbaycan əhalisinin sayı açıqlanıbBu gün, 13:24Şimşək çaxacaq, leysan yağacaq - PROQNOZBu gün, 13:16Azərbaycan və Belarus prezidentərinin geniş tərkibdə görüşü başlayıbBu gün, 12:50Mayın 26-da II və III qruplar üzrə qəbul imtahanları keçiriləcəkBu gün, 12:44AFFA hakimi təhqir edən futbolçunu 4 oyunluq cəzalandırıbBu gün, 12:37Riqada ilk dəfə ənənəvi Azərbaycan xalçalarından ibarət böyük sərgi təşkil olunub - FOTOBu gün, 12:31Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıbBu gün, 12:11Göygöl və Gədəbəydə qanunsuz tikililər sökülübBu gün, 12:09Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, avtomat tapılıbBu gün, 11:54Ölkəmizdə ilk dəfə keçirilən Təchizat Zənciri Liderləri Zirvəsi uğurla yekunlaşdı! - FOTOBu gün, 11:31Azərbaycan I Liqasında çempion bu gün müəyyənləşə bilərBu gün, 11:25
Bütün xəbərlər