Elxan Həsənov: İstiqraz sahibləri ilk gəlirlərini əldə edəcəklər – VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Elxan Həsənov: İstiqraz sahibləri ilk gəlirlərini əldə edəcəklər – VİDEO

13:06 - 13 / 01 / 2017
Elxan Həsənov: İstiqraz sahibləri ilk gəlirlərini əldə edəcəklər – VİDEO

SOCAR İstiqrazları üzrə ilk faiz ödənişi haqqında suallara "SOCAR Capital" şirkətinin İnvestisiya və Əməliyyatlar departamentinin direktoru Elxan Həsənov cavab verib.

1news.az həmin müsahibəni diqqətinizə çatdırır:    

- Elxan müəllim, yanvarın 17-də SOCAR İstiqrazları üzrə ilk faiz ödənişi olacaq. Ümumilikdə hansı məbləğdə faiz ödəniləcək və ödəniş necə həyata keçiriləcək?

- Bildiyiniz kimi, SOCAR İstiqrazları illik 5% gəlirlə buraxılıb və ilk kupon ödənişi yanvar ayının 17-də həyata keçiriləcək. Bu da 1,25% həcmində gəlir deməkdir. Ümumi məbləğdə 1 250 000 dollarlıq kupon faizi istiqraz sahiblərinin hesablarına köçürüləcək və 17 yanvar etibarı ilə istiqraz sahibləri öz kupon faizlərini əldə edərək, banklardan çəkə biləcəklər.

- Faiz ödənişləri dollarla həyata keçiriləcək. Ödənilən faizlərin banklardan çıxarılması ilə bağlı hər hansı problem yaranmayacaq ki?

- Bununla əlaqədar olaraq biz kommersiya bankları ilə görüşlər keçirmişik. İstiqraz sahibləri ilk kupon ödənişlərində və bundan sonrakı ödənişlərdə banklardan çəkiləcək pullarla bağlı heç bir çətinliklə üzləşməyəcək və istədikləri vaxt gələn pulu nağda çevirə biləcəklər.

- Faiz ödənişinin bank hesabından nağd şəkildə çıxarılmasına görə, hər hansı vergi tutula bilərmi?

- Yeni qanunvericiliyə əsasən, fiziki şəxslər gələn pulları, yəni gələn kupon faizlərini nağdlaşdırmaq üçün  hər hansı bir vergi ödəməyəcəklər.

- SOCAR İstiqrazları ilə bağlı təkrar bazarda aktivlik necədir? İnvestorlar istiqrazlara nə qədər maraq göstərirlər?

- İstiqrazların təkrar bazarının başlanmasından keçən 3 ay ərzində birjada SOCAR İstiqrazlarının çox intensiv şəkildə alğı-satqısı baş verib və deyə bilərəm ki, bu aktivlik birjada mövcud olan digər istiqrazlarla müqayisədə 10-15 dəfə daha çox olub.

Son 3 ayda istiqrazlara xüsusən fiziki şəxslərin marağı olduqca artıb. SOCAR İstiqrazları ilə çox sayda xarici investorlar da maraqlanırlar və bəzi xarici investorlar bu istiqrazları alıblar. İstiqrazları almaq niyyətində olan digər xarici investorlar da yaxın zamanda SOCAR İstiqrazları üçün müraciət edəcəklər.

- SOCAR İstiqrazlarının sahiblərinə bu il ərzində  neçə dəfə faiz ödənişi ediləcək və faiz ödənişləri nə vaxt baş tutacaq?

- SOCAR İstiqrazlarının sahiblərinə bu il ərzində 4 dəfə faiz gəliri ödəniləcək. İlk ödəniş 17 yanvar tarixindədir. İkinci kupon ödənişi 17 aprel, 3-cü kupon ödənişi 17 iyul və bu ilin axırıncı kupon ödənişi isə 17 oktyabrda baş tutacaqdır.

Müsahibənin video-versiyası ilə aşağıdakı linklə tanış ola bilərsiniz:

1news.az

Paylaş:
1210

Son xəbərlər

Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42
Bütün xəbərlər