Mərkəzi Bankın 2016-cı il üzrə valyuta ehtiyatları azalıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bankın 2016-cı il üzrə valyuta ehtiyatları azalıb

12:51 - 13 / 01 / 2017
Mərkəzi Bankın 2016-cı il üzrə valyuta ehtiyatları azalıb

Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2017-ci il yanvarın 1-nə 3 974,4 mln. ABŞ dolları təşkil edib.

Bu haqda Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi saytında qeyd edilib.

Rəsmi valyuta ehtiyatlarının həcmi 2016-cı ilin dekabrın 1-nə olan göstərici ilə müqayisədə 36,6 mln. dollar və ya 0,91% azalıb.

2016-cı il yanvarın 1-nə olan rəsmi valyuta ehtiyatlarının həcmi ilə müqayisədə azalma 1 042,3 mln. dollar və ya 20,78% təşkil edib.

Qeyd edək ki, AMB-nin  valyuta ehtiyatları 2008-ci ilin fevralından 4 milyard dollar təşkil edib. Belə ki, həmin göstərici 2008-ci ilin yanvarın 30-dək 3 milyard 928,5 milyon dollar səviyyəsində olub. Lakin fevralın sonunda 4 milyard 013,6 milyon dollar təşkil edib.

2014-cü ilin iyulunda Mərkəzi Bankın valyuta ehtiyatları rekord həddə çataraq – 15 milyard 193,4 milyon dollar olub.

1news.az

Paylaş:
732

Son xəbərlər

Bütün xəbərlər