Sevgilisinə surpriz etmək istədi, evi yandırdı - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Sevgilisinə surpriz etmək istədi, evi yandırdı - VİDEO

19:29 - 15 / 01 / 2017
Sevgilisinə surpriz etmək istədi, evi yandırdı - VİDEO

Türkiyədə sevgilisinin könlünü almaq üçün şamlarla adını yazdıran mədən işçisi ehtiyatsızlıqdan evi yandırıb.

1news.az aznews.az-a istinadən xəbər verir ki, yanğını söndürmək üçün mətbəxə su dalınca qaçan cavan oğlan suyun kəsildiyini görüb köməksiz vəziyyətə düşüb.

Hadisə Bartının Amasra mahalında baş verib. Gəncin dediyinə görə, şamları yandırmaq üçün əvvəl sahilə gedib. Amma hava çox küləkli olduğu üçün, surprizi evdə etməli olub.

Evdə şamları yandırıb, şəkil çəkən vaxt ədyal alovlanmağa başlayıb. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

1news.az

<iframe width="650" height="420" src="https://www.youtube.com/embed/N0bi8YjGyvk" frameborder="0" allowfullscreen></iframe>

Paylaş:
826

Son xəbərlər

Bütün xəbərlər