“Neft Daşları” yatağı üçün yeni platforma tikilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Neft Daşları” yatağı üçün yeni platforma tikilib

16:17 - 16 / 01 / 2017
“Neft Daşları” yatağı üçün yeni platforma tikilib

SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neft Daşları” yatağında ''Neftqazelmitədqiqatlayihə'' İnstitutunun layihəsi əsasında yeni 620A saylı stasionar dəniz platformasının tikintisini uğurla başa çatdırıb.

1news.az SOCAR-a istinadən xəbər verir ki, 8 istismar quyusunun qazılması üçün nəzərdə tutulan platformanın ümumi sahəsi 2520 kvadrat metr, çəkisi isə 2398 tondur.

Qurumdan bildirilib ki, istehsalat və yaşayış sahələrindən ibarət platformada tikinti-quraşdırma işləri beynəlxalq standartlar səviyyəsində həyata keçirilib, ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin edilib:

“7 dayaq bloku, 6 aralıq seksiyası, 1 vertolyot, eləcə də 10 minik və yanalma meydançalarından ibarət platforma yanğınsöndürmə sistemi, yanacaq, içməli və texniki su xətləri ilə təchiz edilmiş, işçilərin sosial şəraitinin təmin olunması üçün yaşayış bloku, eyni zamanda qazma qülləsi üçün qülləaltı postament və digər zəruri avadanlıqlar quraşdırılıb”.

Qeyd edək ki, dənizin 27 metr dərinliyində yerləşən platformadan sutkada 105 ton neft və 160 000 kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır.

1news.az

Paylaş:
822

Son xəbərlər

Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42
Bütün xəbərlər