Rahid Əmirquliyev kollektivdən ayrı düşdü | 1news.az | Xəbərlər
Futbol

Rahid Əmirquliyev kollektivdən ayrı düşdü

16:38 - 17 / 01 / 2017
Rahid Əmirquliyev kollektivdən ayrı düşdü

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” hazırlığını davam etdirir.

1news.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda 1 günlük isitirahətin ardından bu gün məşqləri bərpa edib.

Günün ilk məşqi yerli vaxtla 11:00-da (Bakı vaxtı ilə 12:00) start götürüb və təxminən 60 dəqiqə davam edib.

Dizində ağrıları olan Rahid Əmirquliyev fizioterapevt nəzarəti altında çalışmalarını davam etdirib. Yarımmüdafiəçinin sabahdan etibarən komandayla məşqlərə qoşulacağı gözlənilir.

Qeyd edək ki, günün ikinci məşqi yerli vaxtla 17:00-da start götürəcək. 

1news.az

Paylaş:
738

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər