İslam İnkişaf Bankı Azərbaycanda içməli su və kanalizasiya infrastrukturları ilə bağlı layihələrə maraq göstərir | 1news.az | Xəbərlər
İqtisadiyyat

İslam İnkişaf Bankı Azərbaycanda içməli su və kanalizasiya infrastrukturları ilə bağlı layihələrə maraq göstərir

18:40 - 17 / 01 / 2017
İslam İnkişaf Bankı Azərbaycanda içməli su və kanalizasiya infrastrukturları ilə bağlı layihələrə maraq göstərir

Yanvarın 17-də  “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib.

1news.az-ın məlumatına görə, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov İslam İnkişaf Bankının ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində yaxından iştirak etdiyini xatırladaraq bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində iştirakını yüksək qiymətləndirib.

Səhmdar Cəmiyyətin sədr müavini  “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi” çərçivəsində Tərtər, Gədəbəy, Daşkəsən, Astara şəhərlərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində görülmüş işlər barədə məlumat verib.

Qeyd olunub ki, artıq Tərtər şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb, Gədəbəy, Daşkəsən və Astara şəhərlərində tikinti-quraşdırma işləri qrafikə uyğun davam etdirilir. 2017-ci ildə isə daha bir şəhərdə - Qazaxda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlanılması nəzərdə tutulur.  

İslam İnkişaf Bankının Mərkəzi Asiya və Avropa üzrə meneceri Elvalid Hamur “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi””nin  icrasından razılığını bildirib və əlavə edib ki, təmsil etdiyi bank bundan sonra da Azərbaycanda içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrində iştirak etməkdə maraqlıdır.

Görüşdə “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi”nin icrası və perspektiv işlər haqqında ətraflı müzakirələr aparılıb.

1news.az

Paylaş:
701

Son xəbərlər

Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47
Bütün xəbərlər