Alimlər oda davamlı akkumulyator batareyası yaradıblar | 1news.az | Xəbərlər
İqtisadiyyat

Alimlər oda davamlı akkumulyator batareyası yaradıblar

21:12 - 17 / 01 / 2017
Alimlər oda davamlı akkumulyator batareyası yaradıblar

Müasir litium-ion akkumulyatorlarının əsas çatışmazlıqlarından biri onların alışması və partlamasıdır.

1news.az ICTnews-a istinadən xəbər verir ki, smartfonlar daxil olmaqla müxtəlif qurğularda mütəmadi belə hallar baş verir.

Məsələn, məhz akkumulyator batareyasının defekti "Samsung Galaxy Note 7" smartfonlarının öz-özünə yanmasına əsas səbəb kimi göstərilir.

Stenford Universitetinin alimləri bu problemin həlli kimi oda davamlı litium-ion akkumulyator prototipini hazırlayıblar.

Litium-ion batareyalarının alışıb yanması ilə mübarizə metodu trifenilfosfat adlı maddədən istifadəyə əsaslanır. Bu maddə akkumulyatorun elektrodlarını bir-birindən ayıran və plastikdən hazırlanmış ayırıcılara əlavə olunur. Batareya 150 selsi dərəcəyə qədər  qızdıqda ayırıcılar əriməyə başlayaraq trifenilfosfat maddəsi buraxırlar ki, bu da alışmanın qarşısını alır.

1news.az

Paylaş:
601

Son xəbərlər

Bütün xəbərlər