Azərbaycanla İran arasında arasında ticarət dövriyyəsi 58% artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanla İran arasında arasında ticarət dövriyyəsi 58% artıb

14:49 - 18 / 01 / 2017
Azərbaycanla İran arasında arasında ticarət dövriyyəsi 58% artıb

İqtisadiyyat naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az-ın məlumatına görə, görüşdə nazir Ş.Mustafayev Azərbaycan və İran arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və keçirilən görüşlərin xüsusi əhəmiyyətini vurğulayıb. Bildirilib ki, son 3 ildə Azərbaycan-İran əlaqələri yeni mərhələyə yüksəlib, dövlət başçıları 7 dəfə görüşüb, 100-dək səfər həyata keçirilib, 40-a yaxın sənəd imzalanıb, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 3 iclası keçirilib.

Azərbaycan-İran siyasi əlaqələrinin yüksək səviyyədə olması iqtisadi münasibətlərin inkişafına da böyük imkanlar yaradır. Bildirilib ki, son 3 ildə ölkələrimiz arasında “Xudafərin” və “Qız Qalası” Sazişi, eləcə də “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi və istismarı haqqında” Saziş imzalanıb və qüvvəyə minib. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin I mərhələsi yekunlaşır.

Ölkələrimiz arasında ticarət əlaqələri genişlənir. 2016-cı ilin yanvar-noyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 58% artıb. Ötən il Neftçala Sənaye Zonasında Azərbaycan-İran birgə avtomobil istehsalı zavodunun təməli qoyulub, Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı istifadəyə verilib. Bu ilin yanvarın 16-da isə Pirallahı Sənaye Parkında Azərbaycan-İran birgə əczaçılıq zavodunun təməli qoyulub.

Nazir Ş.Mustafayev qeyd edib ki, viza rejiminin sadələşdirilməsi və “ASAN viza”nın tətbiqi nəticəsində İran vətəndaşları 3 gün ərzində elektron vizalar ala biləcəklər. Əməkdaşlığın genişləndirilməsi perspektivlərinə gəlincə, nazir Ş.Mustafayev diqqətə çatdırıb ki, kənd təsərrüfatı, sənaye, ticarət, nəqliyyat, turizm və s. sahələrdə əməkdaşlıq üçün böyük imkanlar var.

Sosial sahədə Azərbaycan-İran əməkdaşlığına toxunan Ş.Mustafayev bildirib ki, Dövlət Komissiyasının 2016-cı ildə Bakıda və Naxçıvanda keçirilmiş 11-ci iclasında müvafiq sahədə əməkdaşlıq və təcrübə mübadiləsinə dair müzakirələr aparılıb.

İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Ə.Rəbii son illər ölkələrimiz arasındakı münasibətlərin tarixində ən yüksək səviyyədə olduğunu vurğulayıb, Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb. Qeyd edilib ki, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodunun təməlinin qoyulması mühüm hadisədir və İran mediasında bu layihə “Dostluq” layihəsi adlandırılıb.

Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün potensialı vurğulayan Ə.Rəbii Azərbaycan iş adamlarının İranda yerləşən sənaye zonalarında fəaliyyəti üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

1news.az

 

Paylaş:
770

Son xəbərlər

Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42
Bütün xəbərlər